Barak Obama Suriya müxalifətinin lideri Əhməd Carbanı qəbul edib.
APA-nın İTAR-TASS-a istinadən xəbərinə görə, Ağ Evdən verilən məlumatda bildirilib ki, görüşdə Suriyada ekstremizmin ortaya çıxardığı təhlükələr və hazırkı durum müzakirə edilib.
Görüşdən sonra ABŞ prezidenti Suriyada iyunun 3-nə planlaşdırılan prezident seçkisini qeyri-qanuni hesab etdiyini bildirib. B.Obama qeyd edib ki, hazırkı Suriya prezidenti Bəşər Əsəd öz legitimliyini itirib və ölkənin gələcəyində onun yeri yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !