Barak Obamadan gözlənilməz İŞİD- açıqlaması

10:09 | 14.06.2014
Barak Obamadan gözlənilməz İŞİD- açıqlaması

Barak Obamadan gözlənilməz İŞİD- açıqlaması

ABŞ prezidenti Barak Obama İŞİD-in müdaxiləsi səbəbi ilə İraqa hərbi yardım etməyəcəklərini açıqlayıb. 
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, prezident dünyanı şoka salan İŞİD əməliyyatı ilə bağlı jurnalistlərə açıqlama verib.
“Bu hadisədə çox ciddi bir məzhəb qarşıdurması riski var. Sünni-şiə müharibəsi yarana bilər. Amerika xalqı və əsgərlərimiz İraqda böyük fədakarlıqlar edib. İraqdakı budəfəki savaşa ABŞ əsgərlərini qatmaq istəmərik. Daha əvvəl də söylədiyimiz kimi İraq xalqı üçün biz bir şey edə bilmərik. Öz qərarlarını özləri verməlidirlər. Bu problem İraq daxildə həll edilməlidi.
İŞİD çox çətin bir problemdi. İraq hökuməti əvvəlcə bizim kömək təkliflərimizi rədd etdi. Həftəsonu yenidən danışıqlar aparıb, İraq hökumətini necə dəstəkləyə biləcəyimizə baxacağıq”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM