Op. Dr. Aytekin Başargan
Qaynarinfo Türkiyə mətbuatına istinadən illər öncə op.dr Aytekin Başarğanın başarısızlığından bəhs edən yazını sizlərə təqdim edir:
Op. dr. Aytekin Başarğan İzmirdə Alsancık Dövlət Xəstəxanasında çalışdığı illərdə 53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb.
Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib. O, özü mətbuata açıqlamasında əməliyyatdan sonra yemək yeyə bilmədiyini, 10 kilo arıqladığını, sadəcə su ilə qidalandığını, həmçinin səs tellərinin zərər gördüyünü deyib. Bu səbəbdən qadın məhkəməyə müraciət edərək onu əməliyyat edən həkim, yəni Op. Dr. Başarğan barəsində 52 min lirəlik təzminat davası açıb.
Gülümsər Kalabalık
Həkim isə özünü müdafiəsində, qısaca desək, tibbdə belə şeylərin ola biləcəyini və xəstəni daha sonra başqa bir həkimə yönləndirdiyini söyləyərək, barəsində qaldırılmış ittihamları qəbul etməyib.
Xəstənin bacısı Neşe Pınar əməliyyatdan sonra bacısının yaşayan bir ölü olduğunu və ailə münasibətlərinin pozulduğunu bildirib:
"Şikayət etdiyimiz həkim əməliyyatın ortasında çıxıb, "Soruşmayın, şiş yerinə qida borusunu kəsdim", - dedi və bir həkim yoldaşına zəng vuraraq, "Qida borusunu kəsdim. Nə edim", - deyə soruşdu. Daha sonra əməliyyata başqa həkim girdi və bacımın mədəsini sinəsinə qaldıraraq qida borusunun yuxarısına birləşdirdi. Bundan sonra bacım həyata dönüb. Əməliyyatdan o qədər vaxt keçməsinə baxmayaraq bacım hələ də sağlamlığına qovuşa bilməyib və həyatının sonuna qədər sulu yeməklərlə qidalanmaq məcburiyyətində qalacaq".
Səs tellərinin zədələnməsi səbəbindən çətinliklə danışan Gülümser Kalabalık isə həkim barədə bunları deyib:
"Məni bu vəziyyətə salanlar ən ağır şəkildə cəzalandırılsınlar. Həyatım məhv oldu".
Görəsən, "Ege Hospital” dəvət etdiyi həkimləri araşdırmır, yoxsa müraciət edən xəstələrin əməliyyat masasında qalması, yaxud əməliyyatdan yarımcan çıxması ehtimalı ümumiyyətlə onları maraqlandırmır?! "Ege Hospital”ın barəsində cinayət işi açılan, xəstənin zobu yerinə qida borusunu kəsən bir həkimi Azərbaycana gətirməkdə məqsədi nədir?!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !