Barselonada kimyəvi zavodda olan partlayış nəticəsində səma narıncı rəngdə zəhərli dumanla örtülüb.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Simar adlı zavodda yerli saatla 09 radələrində baş verən partlayışda 3 nəfər yaralanıb və əhaliyə açıq havaya çıxmamaq tapşırığı verilib.
Hökumət rəsmiləri hadisəyə səbəb kimi 2 kimyəvi qazın reaksiyaya girməsini göstərirlər. Simar zavodundan isə hələlik açıqlama verilməyib.
Ətrafdakı 6 qəsəbəyə yayılan zəhərli qaz buludu 65 min nəfərə təsir edib. Daxili İşlər Nazirliyi açıqlamasında havanın küləksiz olduğu üçün zəhərli qaz buludlarının dağılmadığını bildirib: "Təəssüf ki, bölgədə külək yoxdur, ona görə zəhərli qaz buludlarının dağılması bir az zaman alacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !