İspaniyanın "Barselona” klubunun yarımmüdafiəçisi Mark Bernal ağır zədə alıb. "Report” xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın III turunda, "Rayo Valyekano” ilə matçda 17 yaşlı futbolçunun sol dizinin çarpaz bağı qopub və menisk nahiyəsindən zədələnib.
Zədə səbəbindən əməliyyat olunan M.Bernal "Barselona” akademiyasının yetirməsidir. Bu, onun əsas komandada üçüncü oyunu idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !