• $
  • €
  • ₽
  • ₺
  • £

Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika

Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika
18.09.2025 11:18

Azərbaycanda 2025-ci ilin yanvar–iyul aylarında doğulanların və ölənlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə doğum göstəricilərində artım, ölüm hallarında isə cüzi azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq statistik məlumatlarında qeyd olunub. 

Yanvarda 8 min 557 körpə dünyaya gəlib, bu da ötən ilin eyni ayındakı 8 min 339 göstəricisini üstələyib. Eyni dövrdə ölüm halları isə 5 min 722 nəfər təşkil edib, 2024-cü ildə bu rəqəm 5 min 518 idi.

Fevralda doğulanların sayı 8 min 692 nəfərə yüksəlib (2024-cü ildə 7 min 414), martda isə göstərici 7 min 445 olub. Apreldə doğum 9 min 343 nəfərə çatıb, mayda 8 min 133, iyunda isə 6 min 780 nəfər təşkil edib. İyul ayında isə 9 min 282 körpə dünyaya gəlib ki, bu da ötən ilin iyulundakı 9 min 699 göstəricisindən azdır.

Ölüm halları üzrə isə apreldə 5 min 336 nəfər, mayda 4 min 621, iyunda 4 min 526, iyulda isə 5 min 594 nəfərin vəfat etdiyi bildirilir. Ötən ilin müvafiq aylarında bu göstəricilər bir qədər yüksək olub.

Beləliklə, 2025-ci ilin ilk yeddi ayında doğulanların sayı ardıcıl artaraq bəzi aylarda ötən ilki göstəriciləri üstələsə də, ölüm hallarında qismən azalma müşahidə olunub.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol