Baş nazir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı qərar verib

16:20 | 05.11.2024
Baş nazir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı qərar verib

Baş nazir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı qərar verib

Baş nazir Əli Əsədov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 11 nəfərdən ibarət kollegiyasının tərkibinin dəyişdirilməsi barədə qərar verib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri təyin edilib. 

Dövlət Komitəsi sədrinin birinci müavini, DQİDK sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru, qurumun Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Aparatın Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri, Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru kollegiyanın üzvləri arasıda yer alıb.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti