Baş nazir məhkəməyə verildi

14:53 | 13.08.2015
Baş nazir məhkəməyə verildi

Baş nazir məhkəməyə verildi

Xalqın Ədalət Partiyasının lideri Malaziya baş naziri Nəcib Rezzakı məhkəməyə verib. Partiyanın hazırkı lideri hazırda həbsdə olan Ənvər İbrahimin qızı Nurul Ənvərdir. Ənvər İbrahim homoseksual münasibətə görə təqsirli bilinib və 5 illik həbs cəzası alıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, iqtidar partiyası olan Beynəlxalq Cəbhənin 2013-cü il seçkilərində "rüşvət və korrupsiya" faktları iddiaları təsdiq olunarsa, Nurul Ənvərin seçkilərin nəticələrinin ləğv olunması və yeni seçki keçirilməsi tələbi təmin olunacaq.

Baş nazir Nəcib Rezzakla bərabər "1MDB" yatırım fondunun təmsilçilərinin, seçki komissiyasının sədrlərinin və iqtidar partiyasının baş katiblərinin də eyni ittihamla mühakimə olunması tələb olunur.

İddialar dövlətə aid "1Malaysia development Bhd" (1MDB) yatırım fondunu gündəmə gətirib. Fondu 2009-cu ildə baş nazir Rezzak yaradıb. 

Ölkədaxili investisiyaları canlandırmaq, xarici investorları ölkəyə cəlb etməyi hədəf seçən fond 5 il ərzində 10 milyard Avro toplaya bilib. Baş nazirin hələ də fonda rəhbərlik etdiyi sənədlərlə təsdiq olunub.

Rezzakın özəl bank hesabını incələyən Korrupsiya ilə Mübarizə Dairəsi pulun qaynağı haqqında açıqlama verib. Bəlli olub ki, qaynaq "Orta Şərq ölkələrindən göndərilən bəxşişlər"dir. Eyni zamanda hədiyyə tarixlərinin 2013-cü il seçkilərindən öncəyə təsadüf etdiyi diqqət çəkib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM