Baş Nazir nazirliyin regional idarələrini ləğv etdi

09:12 | 17.04.2015
Baş Nazir nazirliyin regional idarələrini ləğv etdi

Baş Nazir nazirliyin regional idarələrini ləğv etdi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında” 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.

Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nazirliyin regional idarələri ləğv olunur. Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qeyd edək ki, qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, KTN-nın Azərbaycanın doqquz regionunda regional idarələri mövcuddur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM