Baş Nazir, xarici işlər naziri və deputatlar Rəisinin anım mərasiminə gedib

10:14 | 22.05.2024
Baş Nazir, xarici işlər naziri və deputatlar Rəisinin anım mərasiminə gedib

Baş Nazir, xarici işlər naziri və deputatlar Rəisinin anım mərasiminə gedib

Mayın 22-də Baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər İranda helikopter qəzasında həlak olan İran prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin anım mərasimində iştirak edəcək. Bu barədə Nazirlər Kabientindən bildirilib. 

Mayın 19-da  İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində İran Prezidenti və xarici işlər naziri olmaqla 9 nəfər vəfat edib. İranda prezidentin səlahiyyətləri müvəqqəti olaraq vitse prezidentə keçib. 50 gün müddətində İranda yenidən prezident seçkiləri keçirilməsi gözlənilir.  
 
Baş verən hadisə ilə bağlı İrana Azərbaycan rəhbərliyi daxil olmaqla bir çox ölkələr başsağlığı verib. 
 
İbrahim Rəisinin mayın 21-də Təbrizdə dəfn ediləcəyi gözlənilir. Baş verən hadisəyə görə İranda 5 gün matəm elan edilib. Bununla paralel 3 ölkə - Suriya, Pakistan və Livanda matəm elan edilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM