Baş nazirdən sahibkarlıqla bağlı QƏRAR

13:27 | 08.06.2015
Baş nazirdən sahibkarlıqla bağlı QƏRAR

Baş nazirdən sahibkarlıqla bağlı QƏRAR

Azərbaycanın baş naziri Artur Rasizadə "İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında qaydaları dəyişdi.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarında bildirilir:

1. "İri, orta və kiçik sahibkar meyarları” təsdiq edilsin (əlavə olunur)

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin  illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilinaprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik, orta və iri sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM