Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açıqlayıb

13:06 | 13.05.2024
Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açıqlayıb

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açıqlayıb

2024-cü ilin fevralın 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.  Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib

Cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq təqsirləndirilən şəxs Ə.Əhmədovun cəmiyyət üçün təhlükəli olması müəyyən edildiyindən onun barəsində Xətai rayon prokurorluğunda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub.

İbtidai istintaq davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM