Baş Prokurorluq plastik cərrahlarla bağlı mətbuata müraciət edib

12:07 | 06.02.2025
Baş Prokurorluq plastik cərrahlarla bağlı mətbuata müraciət edib

Baş Prokurorluq plastik cərrahlarla bağlı mətbuata müraciət edib

Baş prokurorluq plastik cərrahlarla bağlı mətbuata müraciət edərək ictimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırır. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir. 
 
"Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hazırda təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır. Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırır", - məlumatda deyilir. 
 
Mətbuatda bir neçə gündür lisenziyası ləğv edilən plastik cərrahların siyahısı yayımlanır. Bu siyahı müvafiq qurumlar tərəfindən hələlik təsdiq olunmayıb. 
 
Bundan əvvəl Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, 2024-cü ilin dekabrın 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.
 
Bir müddət öncə Səhiyyə Nazirliyi plastik cərrahlara yanvarın 31-nə qədər sənədlərini nazirliyə göndərməklə bağlı müraciət etmişdi. Sənədlərini göndərməyən cərrahların lisenziyası aiddiyatı üzrə ləğv olunacağı açıqlanmışdı.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti