Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci, Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarınının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !