Baş Prokurorluqdan məcburi köçkünlərə bayram sovqatı

14:02 | 14.11.2014
Baş Prokurorluqdan məcburi köçkünlərə bayram sovqatı

Baş Prokurorluqdan məcburi köçkünlərə bayram sovqatı

Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi 12 noyabr – Konstitusiya günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində, 21 min 700 manat məbləğində ərzaq yardımı göstərib.ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki Meşəçilik İnstitutu ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Nurəli Məmmədov Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının apardığı siyasət barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək.Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür