Baş redaktora vəzifə verildi - FOTO

13:49 | 29.11.2014
Baş redaktora vəzifə verildi - FOTO

Baş redaktora vəzifə verildi - FOTO

Azərbaycan Respublikası Peyntbol Federasiyasına yeni mətbuat katibi təyin olunub.
 

ANN.Az xəbər verir ki, bu barədə Peyntbol Federasiyasının "Facebook" səhifəsində məlumat verilib.

 

Bundan sonra federasiyada bu vəzifəni Amil Hacıyev icra edəcək. Qeyd edək ki, Amil Hacıyev ANS televiziyasında müxbir kimi fəaliyyətə başlayıb. Bır sıra proqramların aparıcısı və idman departamentinin rəhbəri olub. 

 

Hazırda Publika.az saytının baş redaktorudur. Amil Hacıyev hazırkı işində qalmaqla ictimai əsaslarla Azərbaycan Respublikası Peyntbol Federasiyasının mətbuat katibi vəzifəsini də yerinə yetirəcək. Qeyd edək ki, A.Hacıyev peyntbol idman növü üzrə keçirlən tədbirlərdə hər zaman yaxından iştirak edib.

 

ANN.Az

 

 

 

 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür