Batumi Zaqafqaziya dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.
Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olub.
Batumi bu gün Gürcüstanın əsas liman şəhəridir. Batumi limanı neft məhsulları daşıyan 80 000 tonluq tankerləri qəbul etmək gücünə malikdir. Bu neft əsasən Azərbaycan, Qazaxıstan və Türkmənistandan gəlir. Əlavə olaraq şəhər regional kənd təsərrüfatı məhsulları da ixrac edir.
2007-ci ildə Gürcüstanın Konstitusiya Məhkəməsi Tbilisidən Batumiyə köçürülüb.
ANN.Az bu şəhərdən hazırlanmış fotosessiyanı oxuculara təqdim edir:
Müəllif Natiq Qasımov və Tereza Malek
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !