Münxen “Bavariya”sı tarixində ilk dəfə olaraq futbol üzrə dünya klub çempionatının qalibi olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, komanda final matçında Mərakeşin “Rac Kasablanka” klubuna 2:0 hesabı ilə qalib gəlib. Final matçı Mərakeşdə baş tutub.
Hesab matçın 7-ci dəqiqəsində açılıb. İlk qolun müəllifi Bavariya”nın müdafiəçisi Dante olub. İkinci qolu 22-ci dəqiqiədə Tiaqo Alkantara qapıdan keçirib.
Klub çempionatında qələbə "Bavariya"nın bu il üçün 5-ci qələbəsi olub. Belə ki, daha öncə komanda Çempionlar Liqası,Almaniya çempionatı və kubokunda, eləcədə Avropa Super kubokunda qalib olmuşdu.
Komandanın məşqçisi Xose Qvardiola qeyd edilən çempionatda 3-cü qalibiyyətini əldə edir. 2009 -2011-ci illərdə o bu turniri rəhbərlik etdiyi "Barcelona" ilə qazanmışdı.
Futbol üzrə klub çempionatı FİFA tərəfindən 2000-ci ildən keçirilir. Bu il turirin ən yaxşı futbolçusu adına "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi layiq görülüb.
ANS PRESS