“Bayesian” adlı yaxtada itkin düşən britaniyalı milyarderin cəsədi tapılıb

09:51 | 22.08.2024
“Bayesian” adlı yaxtada itkin düşən britaniyalı milyarderin cəsədi tapılıb

“Bayesian” adlı yaxtada itkin düşən britaniyalı milyarderin cəsədi tapılıb

Avqustun 19-da İtaliyanın Siciliya sahillərində "Bayesian” adlı yaxtanın batması nəticəsində itkin düşən britaniyalı milyonçu Mayk Linç və onun 18 yaşlı qızı Hannahın cəsədləri tapılıb. Bu barədə məlumatı "Daily Mail” yazıb.

Siciliya mülki müdafiə departamentinin direktoru Salvo Koçinanın sözlərinə görə, dalğıclar daha bir nəfərin meyitini aşkar etsələr də, hələlik onu çıxara bilməyiblər. Digər itkin düşən daha bir şəxsin isə axtarışları davam edir.

İçərisində 22 nəfərin olduğu "Bayesian” adlı yelkənli gəmi  İtaliyanın Siciliya sahillərində batıb. 5 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin tapıldığı bildirilib. Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares də olub.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür