• $
  • €
  • ₽
  • ₺
  • £

“Oskar”a namizəd olan rejissor ölüb

“Oskar”a namizəd olan rejissor ölüb
16.08.2026 15:36

Məşhur amerikalı rejissor və aktyor Mark Raydell 97 yaşında vəfat edib.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Kinorejissor Vudlend-Hillzdə kino və televiziya işçiləri üçün nəzərdə tutulan qocalar evində təbii səbəblərdən dünyasını dəyişib.

Raydell aktyor kimi “Uzun vida” və “Hollivudun sonu” filmlərində rol alıb.

1960-cı illərin ortalarında ilk filmi “Tülkü”nü rejissor kimi təqdim edən sənətçi karyerasının ən böyük uğuruna 1981-ci ildə çəkdiyi “Qızıl göldə” filmi ilə imza atıb. Henri Fonda, Ceyn Fonda və Ketrin Hepbernın rol aldığı ekran işi Raydellə “Oskar”da “Ən yaxşı rejissor” nominasiyası qazandırıb.

Onun rejissor kimi filmografiyasına “Oğrular”, “Kovboylar”, “Gecə yarısına qədər işdən çıxarılma”, “Harri və Uolter Nyu-Yorka gedirlər”, “Qızılgül”, “Çay”, “Oğlanlar üçün”, “Külli miqdarda pul”, “Ceyms Din” və “Kəsişmə” kimi filmlər daxildir

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol