Bayılda vəziyyət necədir? - VİDEO

09:00 | 03.02.2018
Bayılda vəziyyət necədir? - VİDEO

Bayılda vəziyyət necədir? - VİDEO

Bayılda sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir. Artıq bir neçə gündür ki, ərazidə aktivlik müşahidə edilmir. Yaxın günlərdə aparılan yoxlamaların və analizlərin dəqiq nəticələri ictimaiyyətə elan ediləcək.

Bayıl yamacında sürüşmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlamaları davam edir.

Nəticələr ərazidə vəziyyətin stabilləşdiyini göstərir. Ölçmə işlərinə əsasən aktivlik müşahidə edilmir. Dünən ərazidə buruq-qazma isləri tamamlanib, laborator analizlər verilib. Eyni zamanda Yaponiyadan gətirilən cihazlar həmin ərazidə yerləşdirilib.

Hər gün Bayıl yamacında günün müxtəlif saatlarında əraziyə baxış keçirilir. İstinad divarı və mayaklarda çatın yaranıb-yaranmadığı araşdırılır. Mütəxəsislər deyir ki, bundan sonra hansısa aktivliyin yaranacağı ehtimalı azdır.

Təhlükəli ərazilərin əhatə dairəsi, topoqrafik xəritələri hazırlanıb. Yaxın günlərdə yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək. Müvəqqəti olaraq kirayə evlərə köçürülən sakinlərin öz mənzillərinə nə zaman qayıdacağı ilə bağlı yerli icra strukturları qərar verəcəklər. (Xəzər TV)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM