Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur

15:20 | 15.07.2015
Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur

Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən növbəti səfəri zamanı hər hansı bir irəliləyişin olacağına inamım yoxdur. Bu səfər də onların əvvəlki səfərlərindən fərqlənməyəcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
 
B. Səfərov bildirib ki, övladlarının gələcəyini düşünən ermənilər özlərinə lider seçməlidirlər: 

"Nə qədər ki, Ermənistanda bu hakimiyyət var, mən inanmıram Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Öz övladlarının gələcəyini düşünən ermənilər özlərinə lider seçməlidirlər. Ondan sonra sülh ola bilər. Bütün bunlardan sonra Qarabağda yaşayan ermənilərə də Azərbaycan dövlətinin köməyi ola bilər”.
 
İcmanın rəhbəri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılarsa, bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq” fikrinə də münasibət bildirib. B. Səfərov qeyd edib ki, sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər: 

"Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM