Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq. O gün hökmən olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.B.Səfərov bildirib ki, münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan rəsmiləri arasında aparılan danışıqları dəstəkləyirlər. Bu danışıqlar davam etdirilməlidir.Onun sözlərinə görə, ancaq bununla paralel erməni və azərbaycanlı icması arasında da danışıqlar olmalıdır.B.Səfərov deyib ki, Cənab Prezident həmişə yüksək tribunalardan bildirib ki, heç bir halda Azərbaycanın bir qarış torpağı kimsəyə verilə bilməz. İkinci erməni dövləti yaradıla bilməz: "Azərbaycanın üçrəngli bayrağımız Şuşada, Xankəndində, işğal altında olan bütün ərazilərdə dalğalanacaq.ANN.Az