Bayramlara kirayə verilən mənzildə iki ukraynalı qızın meyiti tapıldı - FOTO

13:48 | 05.01.2020
Bayramlara kirayə verilən mənzildə iki ukraynalı qızın meyiti tapıldı - FOTO

Bayramlara kirayə verilən mənzildə iki ukraynalı qızın meyiti tapıldı - FOTO

Kiyevdə bayramlara kirayə götürülən mənzilin eyvanında iki ukraynalı qızın meyiti tapılıb. Bu haqda Kiyev polisinin kommunikasiya şöbəsi xəbər verib.
Kirillov küçəsində mənzili kirayə verən qadın polisə müraciət edərək evində iki meyit tapdığını bildirib.
Ölənlərin əvvəl axtarışa verilən 16 yaşlı Mariya Kamınina və 19 yaşlı Yeva Lısenko olduqları məlum olub. Onların meyitləri eyvanın şkafında tapılıb. Yeniyetmələrin bədənlərində çoxsaylı bıçaq yaraları aşkarlanıb.

Olümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyitlər məhkəmə tibbi ekspertizasına göndərilib.
Kiyev polisi faktla bağlı cinayət işi açıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM