• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bayramov və Lavrov  Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
31.01.2023 23:56
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov çərşənbə axşamı telefon danışığı zamanı ikitərəfli münasibətləri, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirləri, o cümlədən Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan XİN məlumat yayıb. 

Bayramov fəalların Laçın yolundan sui-istifadənin və Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşdirildiyi zonada qanunsuz iqtisadi fəaliyyətin dayandırılması ilə bağlı haqlı tələblərinin hələ də davam etməməsindən təəssüfləndiyini bildirib. O əlavə edib ki, blokada və humanitar böhranla bağlı ittihamlar əsassızdır.

Bayramov vurğulayıb ki, Ermənistanın təxribatları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə, kommunikasiya xətlərinin açılmasına, ən qısa müddətdə sülh müqaviləsi ilə bağlı razılaşmaların əldə olunmasına mane olur.

"Söhbət zamanı nazirlər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, -  Azərbaycan XİN-in məlumatında bildirilib.
 
Lavrov Rusiya tərəfinin Moskvada növbəti raund təşkil etməyə hazır olduğunu vurğulanıb. 
 
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin  bu ilin yanvarında keçiriməsi Moskvada nəzərdə tutulan görüşü baş tutmayıb. Buna səbəb Ermənistan xarici işlər nazirinin görüşə qatılmaması olub. 
 
2022-ci  ilin sonundan ekoloji fəallar Ermənistanı Qarabağın  Rusiya sülhməramlılarının nzarəti altında olan hissəsini birləşdirən Laşın dəhlizini bağlayıb və ekoloqların ermənilər tərəfindən istismar edilən qiymətli metal yataqlarına buraxılmasını tələb edirlər. Hazırda bu yolla yalnız Rusiya sülhməramlılarının və Qırmızı Xaç Komitəsinin maşınları hərəkət edir. 

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol