• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bazarlarda qiymətlər bahalaşdı

Bazarlarda qiymətlər bahalaşdı
07.02.2014 13:41
Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1% bahalaşıb.Cari ilin yanvar ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri barədə Dövlət Statistika Komitəsindən məlumat açıqlanıb.Məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2%, kartofun 1,0%, baş soğanın 4,3%, baş sarımsağın 0,1%, yerkökünün 5,5%, xiyarın 3,3%, pomidorun 1,0%, göyərtilərin 0,4%, quru otun istehsalçı qiymətləri 1,4% bahalaşıb, buğdanın istehsalçı qiymətləri isə 0,9% ucuzlaşıb.Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4% ucuzlaşıb, xurmanın istehsalçı qiymətləri 9,1%, narın 3,6%, heyvanın 4,7%, naringinin 2,6%, fındığın 9,4%, şabalıdın istehsalçı qiymətləri isə 0,6% bahalaşıb.Məlumata əsasən, diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8%, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2%, yumurtanın istehsalçı qiymətləri 3,3% bahalaşıb.Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1%, camışın 1,3%, südün 0,2%, quş ətinin (diri çəkidə) 4,4%, təbii balın istehsalçı qiymətləri isə 1,1% ucuzlaşıb.Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4% bahalaşma müşahidə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol