BBC Məhəmməd Peyğəmbərin karikaturasını çap etdi - İLK DƏFƏ

17:43 | 13.01.2015
BBC Məhəmməd Peyğəmbərin karikaturasını çap etdi - İLK DƏFƏ

BBC Məhəmməd Peyğəmbərin karikaturasını çap etdi - İLK DƏFƏ

Korporasiya öz yayım siyasətində dəyişiklik etdi

BBC özünün yayım siyasətində dəyişiklik edib. ANN.Az xəbər verir ki, Böyük Britaniyanın media qurumu olan BBC indiyə qədər heç vaxt Məhəmməd Peyğəmbəri ilə bağlı çəkilmiş karikaturaları öz səhifəsində dərc etməmişdi. Amma Fransanın satirik "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücumdan sonra qurum yayım sioyasətində dəyişiklik edərək karikaturanı yayıb.

BBC-nin yaydığı xəbərdə deyilir: "Satirik "Charlie Hebdo" jurnalının növbəti buraxılışının üz qabığı Məhəmməd Peyğəmbərin əlində "Mən Charlie-əm" şüarını saxladığı karikatüra ilə nəşr edilib. Karikatüranın yuxarısında "Hər şey bağışlanandır" sözləri yazılıb.

Bu, islamçı silahlıların jurnalın Parisdəki redaksiyasına daxil olaraq 12 nəfəri güllələməsindən sonra çap edilir. Burada Fransa deputatları hücumdan sonra ilk görüşlərini keçirir. İsraildə isə islamçı silahlıların Parisdə başqa bir hücumda öldürdüyü dörd nəfərin yas mərasimi keçiriləcək. Ümumilikdə, Fransa paytaxtında ötən həftənin üç günü ərzində 17 nəfər öldürülüb.

"Mən Charlie-əm" şüarı 7 yanvar hücumundan sonra dəstək göstərmək üçün geniş istifadə edilib. Jurnalın çərşənbə tirajı 3 milyondur, normalda isə bu rəqəm 60 mindən yuxarı çıxmırdı".


BBC-nin redaktorlarla bağlı qaydalarında "Həzrəti Məhəmməd heç bir şəkildə təsvir edilə bilməz" maddəsi olub. Korporasiya rəhbərliyinin verdiyi son açıqlamaya görə, bu qayda artıq götürülüb: "Çünki bu qayda köhnə idi və qurumun müstəqillik anlayışını özündə ehtiva etmədiyi üçün qaydalar dəyişdirildi".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM