BBC-nin Somadan süjeti Türkiyəni qarışdırdı - Video/Foto

23:53 | 16.05.2014
BBC-nin Somadan süjeti Türkiyəni qarışdırdı - Video/Foto

BBC-nin Somadan süjeti Türkiyəni qarışdırdı - Video/Foto

BBC televiziyasının Soma ilə bağlı reportajı Türkiyədə sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. “Axar.az” xəbər verir ki, CXP üzvü olan iki qadın başlarına şal örtərək, özlərini Somadakı kömür mədənində yanaraq həlak olan şaxtaçıların həyat yoldaşı kimi qələmə veriblər. Onlar: “Biz AKP-yə səs verdik. Yoldaşlarımız mədənçidirlər. Bu insanlar bunun üçünmü AK Partiyaya səs verdi? Bu insanlar hələ də AKP-yə səs verirlər” kimi fikirlər səsləndiriblər. Onların həmin fikirləri BBC-nin efirində yayımlanıb. Araşdırmalardan sonra bəlli olub ki, həmin qadınlar bir müddət əvvəl də özlərini müftinin arvadı kimi qələmə veriblər. Onların bu yalanını əvvəlki və son şəkillərinin müqayisəsi də sübut edib. Qadınların bu addımı iyrənc təxribat kimi qiymətləndirilib: “Bu, Soma faciəsinin bir qəza və ya ehtiyatsızlıqdan baş vermədiyinin ən böyük isbatıdır. Hadisədən 2-3 saat sonra pankartlı adamların ortaya çıxması və baş nazir R.T.Ərdoğanın əleyhinə şüarlar səsləndirməsi, “hökumətə istefa” kimi çağırışlar bunun sadəcə bir qəza deyil, ikinci Gəzi qiyamı üçün planlaşdırılmış bir təxribat və ya qəsdən törədilən bir oyun olduğunu göstərir". Xatırladaq ki, Soma faciəsindən sonra Ərdoğana qarşı ictimai təpkilər artıb. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti