BBC-nin Tehran ofisi açıldı

19:49 | 13.08.2015
BBC-nin Tehran ofisi açıldı

BBC-nin Tehran ofisi açıldı

İran Mədəniyyət Nazirliyinin sözçüsü Hüseyn Nouşabadi sadəvə nüvə proqramları ilə bağlı yayım vermək şərtilə BBC-nin Tehran ofisinin açılmasına izn verildiyini deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qərar ölkə prezidenti Həsən Ruhaniyə aiddir.

Qeyd edək ki, BBC-nin fəaliyyəti 2009-cu ildən İranda fəaliyyəti dayandırılmış, həmin vaxt seçkilərlə bağlı ölkədə keçirilən aksiyalardan reportaj hazrılayan müxbirlər İrandan çıxarılmışdı. 

Eyni zamanda İran "Washington Post" qəzetinin müxbiri Ceyson Rezaianı agentlikdə günahlandıraraq həbs eləməsi beynəlxalq qınağa səbəb olmuşdu. İran hələ ki, bu müxbirlə bağlı son qərarını açıqlamayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM