ABŞ-ın "İnter Mayami” klubunun sahibi Devid Bekhem fransalı mütəxəssis Zinəddin Zidana klubunu çalışdırmağı təklif edib.
Axar.az xəbər verir ki, bu barədə "Daily Mirror” yazıb.
Məlumata görə, artıq Bekhem uzun illər "Real Madrid”də birlikdə forma geyindiyi fransızla ilkin danışıqlar aparıb. Lakin Zidan hazırda heç bir klubla çalışmasa belə Avropada çalışmaq niyyətini gizlətməyib. Bununla belə nəşr qeyd edib ki, Zidanın klubsuz qaldığı müddət çoxaldıqca Bekhemin təklifinə müsbət yanaşma ehtimalı da artır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !