Belarus da Ermənistanın Aİİ-yə qoşulmasını təsdiqlədi

16:21 | 19.12.2014
Belarus da Ermənistanın Aİİ-yə qoşulmasını təsdiqlədi

Belarus da Ermənistanın Aİİ-yə qoşulmasını təsdiqlədi

Belarus parlamentinin Nümayəndələr Palatası Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair müqaviləni paraflayıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Müqavilə Ermənistan, Belarus, Qazaxıstan və Rusiya prezidentləri tərəfindən 2014-cü il oktyabrın 10-da Minskdə imzalanıb. Bununla yanaşı "üçlük” ölkələri Ermənistan üçün keçid dövrü barədə razılığa gəliblər. Həmin dövrdə bir sıra Ermənistan mallarına dərəcələri Aİİ-nin vahid gömrük tariflərindən fərqlənən gömrük rüsumları tətbiq ediləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM