Belarus Ermənistana nota verib

18:42 | 21.06.2024
Belarus Ermənistana nota verib

Belarus Ermənistana nota verib

Belarusun Xarici İşlər Nazirliyi ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən İrəvana etiraz notası verib.Bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.
 
Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
 
O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb