Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.
Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !