Belarus və Azərbaycan öz fəaliyyətlərini üçüncü ölkələrə qarşı yönəltmir

14:54 | 03.10.2024
Belarus və Azərbaycan öz fəaliyyətlərini üçüncü ölkələrə qarşı yönəltmir

Belarus və Azərbaycan öz fəaliyyətlərini üçüncü ölkələrə qarşı yönəltmir

Belarus və Azərbaycan öz fəaliyyətlərini üçüncü ölkələrə qarşı yönəltmir, əksinə iki dövlətin xalqlarının maraqları naminə əməkdaşlıq edirlər. Bu barədə Belarus lideri Aleksandr Lukaşenko Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşü zamanı bildirib. Bu barədə  BelTA agentliyi məlumat yayıb.


"Beynəlxalq arenada baş verən müxtəlif növ çətinliklərə baxmayaraq, Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur. Bununla yanaşı, biz heç bir beynəlxalq hüquq normasını pozmuruq,  üçüncü ölkələrə qarşı çıxmırıq, xalqlarımızın naminə çalışırıq",  - Lukaşenko bildirib.  


Prezident qeyd edib ki, iki ölkə arasında isti münasibətlər hələ Heydər Əliyevin Azərbaycanı idarə etdiyi dövrdən formalaşıb.

 

O vurğulayıb ki, Azərbaycan Belarus üçünRusiya kimi  ən yaxın ölkələrdən biridir.

 

"Hətta düşünürəm ki, bizim digər ölkələrlə Azərbaycan və təbii ki, Rusiya ilə olduğu qədər sıx və yaxın münasibətlərimiz yoxdur," -  Lukaşenko bildirib.


Prezident, 2024-cü ilin mayında Azərbaycana etdiyi səfər zamanı əldə olunan razılaşmaların tez bir zamanda həyata keçirilməsinin vacibliyini də  vurğulayıb.

 

Lukaşenkonun fikrincə,  ölkələr beynəlxalq platformalarda qarşılıqlı dəstəyə malikdirlər.

 

Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM