Belbekdə yerləşən Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı KİV əməkdaşı və Ukrayna hərbçisi yaralanıb.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Rusiya xüsusi təyinatlıları, ənənəvi olaraq, Ukrayna hərbçilərinə ultimatum irəli sürüb, sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək, hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb, yaralılar “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb”, deyə açıqlamada bildirilib.
Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himnin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.
APA