2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 1531 nəfərin namizədliyi təsdiq edilib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugün keçirilən iclasda deyib.
O bu rəqəmin artacağını istisna etmir.
Bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Azərbaycanda bələdiyyə seçkilərinin dekabrda keçirilməsi planlaşdırılırdı. Lakin Mərkəzi Seçki Komissiyası bu tarixin gələn ilə düşəcəyəni açıqlayıb.
Hazırda ölkə ərazisində 1606 adda bələdiyyə fəaliyyət göstərir.
Yeni qanundan sonra bələdiyyələrin sayının yarıbayarı azaldılacağı gözlənilir.
Hazırda ölkə ərazisində 1606 adda bələdiyyə fəaliyyət göstərir.
Yeni qanundan sonra bələdiyyələrin sayının yarıbayarı azaldılacağı gözlənilir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !