Əmlak vergisini bələdiyyələr üçün icra orqanları yığacaq

Milli Məclisdə Bələdiyyələrin statusu haqqında" qanun dəyişikliyi layihəsi birinci oxunuşda müzakirə edilib.
Belə ki, qanuna təklif edilən 49.1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Layihəni anews.az-a şərh edən Millət Vəkili Arif Rəhimzadə deyir ki, dəyişikliklər bələdiyyələrin əsas fəaliyyəti yerlərində baş verən bütün məsələləri əhatə edir.
Millət vəkili deyir ki, müvafiq icra orqanları bu fəaliyyəti həyata keçirməkdə onlara kömək edəcək.
"Bələdiyyələr yerlərdə fəaliyyət göstərmək üçün ciddi maliyyələşməlidirlər. Onların maliyyələşməsi isə, əmlak vergisi və bir çox vergilərdən olur. Ancaq bələdiyyələr bu işi həyata keçirə bilmirlər, əziyyət çəkirlər. Artıq bir çox sahədə bələdiyyələr icra orqanlarının yardımı ilə fəaliyyət göstərəcək", - deyə Arif Rəhimzadə bildirib.

Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov isə deyir ki, onsuz da əvvələr bələdiyyələr icra orqanları ilə birlikdə işləyiib.
Onun sözlərinə görə, hətta icra orqanları və bələdiyyələrinkordinasiya şuraları da var.
Həzi
www.anews.az
Belə ki, qanuna təklif edilən 49.1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Millət vəkili deyir ki, müvafiq icra orqanları bu fəaliyyəti həyata keçirməkdə onlara kömək edəcək.
"Bələdiyyələr yerlərdə fəaliyyət göstərmək üçün ciddi maliyyələşməlidirlər. Onların maliyyələşməsi isə, əmlak vergisi və bir çox vergilərdən olur. Ancaq bələdiyyələr bu işi həyata keçirə bilmirlər, əziyyət çəkirlər. Artıq bir çox sahədə bələdiyyələr icra orqanlarının yardımı ilə fəaliyyət göstərəcək", - deyə Arif Rəhimzadə bildirib.

Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov isə deyir ki, onsuz da əvvələr bələdiyyələr icra orqanları ilə birlikdə işləyiib.
Onun sözlərinə görə, hətta icra orqanları və bələdiyyələrinkordinasiya şuraları da var.
"Bizim əsas vəzifəmiz yerlərdə baş verən ictimai əsaslı işlərin koordinasiyasıdır. Məhəllədaxili yolların salınması, abadlaşdırma, şəhidlərin yas mərasiminin təşkili və bir çox bu qəbilədən olan məsələlərə biz baxırıq və bunu da icra orqanlarının yardımı ilə edirik. Bizim birlikdə koordinasiya şuramız da var', - deyə Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov bildirib.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 101 nömrəli, 2015-ci il 6 aprel qərarına uyğun olaraq yaşayış binalarının və onların hissələrinin 1 illik əmlak vergisi aşağıdaki düsturla hesablanır:
Yaşayış fondları: 2-ci zona (1.40); 3-cü zona (1.30); 4-cü zona (1.20); 5-ci zona (1.10); 10-cu zona (0.80)
Hər kv.m bazar qiyməti 0.40 qəpik dəyərindədir. Ümumi yaşayış sahəsinin 30 kv.m vergiyə cəlb olunmur.
Məsələn: T.X Rza küçəsində yerləşən mənzil 100 kv.m-dir. 100 kv.m -30 kv.m =70 kv.m
Nümunə: 2-ci zona 1.40x0.40 manat = 0.56 manat; 0.56 manat x 70 kv.m = 39.20 manat.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi 102.2-ci və yerli bələdiyyələr haqqında metodiki vəsaitin 4.10-cu maddələrində göstərilən şəxslərə illik əmlak vergisindən ümumi məbləğindən 30 manat, torpaq vergisinin ümumi məbləğindən 10 manat güzəşt olunur, yaxud əmlak vergisinə cəlb edilmir.
Xatırladaq ki, Azərbaycan Respublikası Mənzil məcəlləsinə görə mənzillərin eyvanlarının sahəsi əmlak vergisinə cəlb edilmir.
Qanunvericiliyə əsasən yerli (bələdiyyə) vergilərin müəyyən olunmuş müddətlərində ödənilməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, lakin 1 ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanır.
İpoteka haqqında qanun 25.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq əşya (əmlak) ipoteka predmenti olduqda vergilər, kommunal xərclər və bu kimi digər öhdəliklərdən azad edilmir.
(Daha ətraflı buradan tanış ola bilərsiniz http://http://www.taxes.gov.az/modul.php?name=pages&page=147 )
(Daha ətraflı buradan tanış ola bilərsiniz http://http://www.taxes.gov.az/modul.php?name=pages&page=147 )
Qanunvericiliyə görə, bələdiyyələr əmlak vergisi hesabına fəaliyyət göstərməlidir. Hazırda isə əhali icbarı olsa da əmlak vergisini ödəmək istəmir. Buna səbəb isə ekspertlərin fikrincə, bələdiyyələrin faktiki olaraq insanların problemlərinə biganə yanaşması və əhalinin inamını qazanmamasıdır.
Həzi
www.anews.az