Bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb

13:59 | 19.02.2024
Bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb

Bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb

Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır. Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, dekabrda təqdim edilən son məlumata əsasən, artıq 1 323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib.

Onun sözlərinə görə, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir.
 
"Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir",- o əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM