"Benzinin qiymətinin aşağı salınması vacibdir" - EKSPERT

18:03 | 22.12.2014

"Benzinin qiymətinin aşağı salınması vacibdir" - EKSPERT

"Azərbaycanda Aİ 92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədə uyğun deyil".

ANN.Az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Vüqar Bayramov öz Facebook səhifəsində paylaşıb:

"Nə qədər parodoksal olsa da bu ilin iyunundan bəri benzinin qiyməti neft ölkələri olan İndoneziyada 30, Malaziyada 8 faiz yüksəlib". Əksinə, qara qızılı idxal edən Hindistanda qiymət 9, Çində 10, ABŞ-da isə 20 faiz aşağı düşüb. Əksinə, məsələnin iqtisadi tərəfi bəlkə də heç də parodoksal deyil: neft ölkələri benzini baha satmaqla qiymət azalmalarından yaranan mövcud və potensial kəsirləri qapamağa çalışırlar, istehlakçı ölkələr də bu prosesi bazar tənzimlədiyi üçün bununla dövlət xidmət sektorunda və xərcləmələrdə artıma nail olmağa çalışırlar.

Azərbaycanda Aİ 92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədə uyğun deyil. Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki, bir sıra digər ödənişlər və eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbə ölkədəki dəyişikliklərə reaksiya verilərək sözügedən benzin markalarının ucuz qiymətə təklif edilməsi nəinki vacibdir, həmçinin bu bazarın diqtəsidir".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM