Azərbaycanda bəraət almış şəxsə kompensasiya ödənilirmi? - Şərh

Qəsdən adam öldürmə ittiham ilə 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılov 4 il məhkumluqdan sonra bəraət alıb. Bu barədə Baş prokurorluğun məlumatında bildirilib.
Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.
Bundan öncə o, Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.
Azərbaycanda bəraət alan şəxslərin hansı hüquqları var?
"Qanunvericilikdə Cinayət-Prosessual Məcəllənin 56-cı maddəsində bəraət almış şəxsin bütün hüquqları qeyd olunub. Onlardan biri də ona dəymiş maddi və mənəvi zərərin ödənilməsidir. Ümumulikdə isə kompensasiyanın ödənilməsinin proses qaydaları müxtəlifdir. Məsələn şəxs işləyirsə, tam olaraq onun maaşı ödənilməli və işə bərpa olunmalı, əmlak müsadirə edilibsə, geri qaytarılmalı, dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir. Ali Məhkəmənin mövqeyinə görə, bu zərər ayı 1000 manatdan hesablanır”, - vəkil əlavə edib.
Deputat Fazil Mustafa hesab edir ki, bəraət almış şəxsə ödəniləcək kompensassiyanın miqdarının hansı meyarla tənzimlənməsi qanunda öz əksini mütləq şəkildə tapmalıdır.
"Bununla bağlı bütün məsələlər açıq şəkildə göstərilməlidir. Əgər adam bəraət alırsa, ona qarşı hər hansı şəkildə qanunsuzluğa yol verilibsə, mütləq kompensasiyası ödənməlidir. Çünki bu məsələ çox önəmlidir. İnsanın taleyi ilə bağlı bu qanunsuz həll olunub və ona böyük sıxıntılar yaşadıbsa, haqqıdır ki, bunu alsın. Belə məsələlərin müzakirə olunması belə artıqdır, qanunda mütləq şəkildə öz əksini tapmalıdır”, - deputat vurğulayıb.
"Əgər şəxs qanunsuz olaraq həbs edilib sonra bəraət alıbsa, ona kompensasiya ödənilməlidir. Qanunda kompensasiyanın məbləği şəxsin həbsdə qaldığı müddətə görə miqdarı təyin olunur, amma onun hansı rejimdə həbsdə qaldığı dəqiqləşdirilmir. Bəziləri yüngül rejimli, bəziləri ağır cinayətdən məhkum edilmişlər üçün nəzərdə tutulan, bəziləri isə qapalı cəza çəkmə müəssisələrində saxlanılır. Bunların dəqiqləşdirilməsi yaxşı olardı. Mənim müdafiə etdiyim 2 şəxs bəraət aldıqdan sonra onlara kompensasiya ödənilib, onların həbs müddəti nəzərə alınaraq məbləğ təyin edilib. Lakin burada da fərq olurdu. Məsələn, əgər biri üçün 1 aya görə 3 min manat ödənildisə, digəri üçün 1 800 manat ödənildi. Məhkəmə qərarlarında iki şəxsə də müxtəlif məbləğin təyin olunması əsaslandırılmırdı. Əgər təcrübə bir-birindən fərqlidirsə, görünür ki, bununla əlaqədar qanunvericilikdə dəqiqləşdirmə aparmağa ehtiyac var”, - hüquqşünas vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə isə şəxsin həbsdə qaldığı təxminən 1 ay üçün 10 min dollar kompensasiya ödənilir və 100 min dollara da çata bilər.
"Bu məbləğ isə bizdə çox azdır. Nəzərə almaq lazımdır ki, həbs edilmiş şəxsə, ailə üzvlərinə, yaxınlarına dəyən mənəvi zərər həddən artıq çox olur. Həmin şəxsin yaxınlarının özünün də müəyyən məbləğdə xərcləri çıxır. Hansı ki, onlar həmin şəxsi ziyarət etmək və yemək, geyim gətirmək üçün müəyyən qədər pul xərcləyirlər. Avropa Məhkəməsi bu məbləğin qaytarılması üçün xərclərin sübut edilməsini tələb edir. Azərbaycanda isə xərclənən bütün xərclərin məbləğini təsdiqləmək üçün texniki imkanlar yoxdur. Ailə yaxınları məhkumu ziyarət etmək üçün taksidən istifadə edibsə, bunun çeki yoxdur ki, sübut etsin. Lap olsa belə, xərclənən məbləğin həmin şəxs üçün olduğunun da sübut edilməsi lazımdır. Qanunsuz həbs edilmiş şəxslə bağlı insana dəymiş zərər yüksək qiymətləndirilməlidir. Bu həmçinin məhkəmələri daha məsuliyyətli edə bilər. Məncə şəxsə dəymiş zərər 80-100 min manat arası olaraq ödənilməlidir”, - o qeyd edib.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcələsinin 56-cı maddəsi bəraət almış təqsirləndirilən şəxsə vurulmuş zərərin aradan qaldırılması hüququnun təmin edir. Bu maddə ilə təyin olunmuş şəxslərə əsas olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə idarə edilməsi, idarə tərəfindən götürülməsi, həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, müdafiəçiyə kömək etmiş pulu kompensassiya olaraq verilir. Eyni zamanda həbsdə saxlanmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanmalara görə, məhkəmə məsrəflərinə, həbsdə olan vəsaitlərə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-siyə edilən şəxsə zərərin qarşısının alınması üçün nəzərdə tutulmuş vəsaitdən çıxıla bilməz.
Yeni Zellandiya Konstitusiya Məsələləri və İnsa Hüquqlarına görə, bəzi hallarda bəraət almış şəxs həmin qanunsuz məhkumluq nəticəsində həbsdə saxlandığı müddət üçün kompensasiya tələb edə bilər. Ümumi olaraq qanunsuz şəkildə məhkum olmuş şəxsin həbsə görə, hökumətdən təzminal almaq kimi hüququ yoxdur. Hökumət öz mülahizəsinə əsasən, haqsız yerə məhkum edilmiş və həbs cəzasını çəkmiş şəxsə əvəzsiz (könüllü) ödəniş etməklə kompensasiya ödəməyə qərar verə bilər. Kompensasiya ödənişi azadlıqdan məhrumetmə hallarında 150 min dollara, işin ağırlaşdırıcı və yüngülləşdirici xüsusiyyətlərinə görə həbsdə saxlanma hallarında isə 75 min dollara qədər, həmin dövrdə dolanışıq itkisi (gəlir itkisi) üçün illik 100 min dollar, cəmiyyətdə yaşamağa yenidən uyğunlaşmağa kömək etmək üçün 25-30 min dollar, məhkumluğa etiraz edilərkən və kompensasiya üçün müraciət edərkən çəkilən müəyyən xərclər üçün məbləğ təyin edilir.
Texasda qanunsuz olaraq bir cinayətə görə məhkum olunduğu aşkar edilmiş şəxsin həbsdə olduğu hər il üçün təzminat almaq hüququ var. O həbsdə olduğu hər il üçün 80 min dollar, həbsdə olduğu illər üçün uşaq dəstəyinin ödənilməsi, tibbi sığorta üçün uyğunluq xərcləri tələb edə bilər.
Habelə Norveç, İsveç, Danimarka, Avstriya, Almaniya, Hollandiya, İslandiya, İtaliya və Latviyada da bəraət almış şəxslər üçün kompensasiyalar ödənilir.
İstiqamət: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 