"Biz Rusiyanı diz çökdürmək yox, Ukraynadakı münaqişəni tənzimləməyə kömək etməyə çalışırıq”, - Sigmar Gabriel Almaniyanın "Bild am Sonntag” qəzetinə bildirib.
Bazar ertəsi Ukraynanın şərqindəki vəziyyət Berlində Ukrayna, Rusiya, Almaniya və Fransa XİN nümayəndələrinin görüşündə müzakirə olunmalıdır. Mart ayında Krımın ilhaqından sonra Aİ, ABŞ və daha bir neçə ölkə Rusiyaya qarşı sanksiyalar qəbul edib. Ukraynanın şərqində yaranan münaqişədən ardınca Moskvaya qarşı əlavə sanksiyalar elan edilib. Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçılara hərbi dəstək göstərməkdə təqsirləndirir. Rusiya bu ittihamları əsassız kimi rədd edir. Almaniyanın Sosial Demokrat Partiyasının rəhbəri olan Sigmar Gabriel "Bild am Sonntag” qəzetinə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Avropa üçün təhlükə yaratdığını deyib. "Bunu (sanksiyaları) istəyənlər, nəticədə Avropa üçün daha təhlkükəli vəziyyət yaradacaqlar”, - deyən siyasətçi Rusiyanın nüvə ölkəsi olduğunu xatırladıb. Bəziləri Rusiyanı diz çökmüş görmək istərdilər, "bu Almaniya və ümumilikdə Avropa maraqlarına cavab vermir", - Sigmar Gabriel bildirib.
Ötən ilin sonunda Rusiya sanksiyaların hər iki tərəf üçün zərərli olduğunu bildirib. //bbc
Bizi sosial şəbəkələrdə izləyin !