Bayramov və Mirzoyan görüşü sabah da davam edəcək - YENİLƏNİB

00:17 | 29.02.2024
Bayramov və Mirzoyan görüşü sabah da davam edəcək - YENİLƏNİB

Bayramov və Mirzoyan görüşü sabah da davam edəcək - YENİLƏNİB

 
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələri fevralın 29-da davam edəcək.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Berlində Almaniyanın xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam edib.

Fevralın 28-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.
 
 13:32

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.

Görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.

Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM