Ahıllar evində ictimai xidmətçiliyə məhkum olunmuş İtaliyanın keçmiş baş naziri, milyarder Slvio Berluskoni mayın 9-da cəzasını çəkməyə gəlib.
ANS PRESS-in məlumatına görə, Berluskoni Milan yaxınlığında Alzheimer xəstələri olan xəstəxanada, məhkəmə qərarına görə həftədə 4 saat olmaqla bir il işləməlidir.
Bu gün işə cangüdənləri və sürücüsü ilə gələn Berluskoni xəstəxanada xidmətçilik edib.
O deyib ki, bu xidmətçilik işi dünyada geniş yayılmış və ictimai problemə çevrilən Alzheimer xəstəliyi ilə yaxından tanış olmağa imkan verəcək.
Berluskoni xəstələrə xidmətçiliklə öz mərhum anası Roza Berluskoninin xatirəsini də yad etmək istədiyini bildirir.
Qeyd edək ki, vergi fırıldağında ittiham olunan Berluskoni məhkəmə qərarı ilə parlamentdən çıxarılıb. O, bir neçə müddətə seçkili vəzifələri tuta bilməyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !