Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçını izləyib. Almaniyalı mütəxəssis oyundan sonra Lent.az-a açıqlamasında oyunun ikinci hissəsindən razı qaldığını bildirib. O, hər iki komandadakı millimizin oyunçularından “Bakı”nın hücumçusu Rauf Əliyevi fərqləndirib: “Əliyev ilk qolun ötürməsini verdi və ikinci qolu vurdu”. Foqtsun AFFA ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatır. AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında onunla müqavilənin daha 2 il müddətinə uzadılacağı gözlənilir. Lakin 67 yaşlı mütəxəssis bu məsələnin hələ rəsmiləşmədiyini açıqlayıb: “Yox, hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm. Bura gəlməyimdə məqsəd dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi üçün Azərbaycan yığmasının ən yaxşı futbolçusunu seçməkdən ibarət idi”. Lakin baş məşqçi konkret hansı futbolçuya səs verəcəyini açıqlamayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !