Bəşir Atalay: Türkiyədə məhkəmə sistemi öz etibarını itirir

21:02 | 14.04.2014
Bəşir Atalay: Türkiyədə məhkəmə sistemi öz etibarını itirir

Bəşir Atalay: Türkiyədə məhkəmə sistemi öz etibarını itirir

Türkiyədə məhkəmə sisteminə olan etibar günü-gündən azalmaqdadır. Bunu Baş nazirin müavini Bəşir Atalay deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Kanal24" telekanalı xəbər yayıb.

Atalay qeyd edib ki, müstəqil qurumlar tərəfindən aparılan son sorğular məhkəmə sisteminə olan etibarın 45%-dən az olduğunu göstərir: "Vətəndaşların 55%-i hesab edir ki, məhkəmə qərarları ədalətli şəkildə verilmir".

Baş nazirin müavini qeyd edib ki, sorğu nəticəsində o da bəlli olub ki, ölkə əhalisinin 60%-i hakimiyyətin bir çox sahələrdə apardığı siyasətə inamla yanaşır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür