Beynəlxalq təşkilat Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir - Məhəmməd Zamanlı

12:18 | 11.10.2023
Beynəlxalq təşkilat Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir - Məhəmməd Zamanlı

Beynəlxalq təşkilat Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir - Məhəmməd Zamanlı

Beynəlxalq təşkilatların tələbi ilə Ermənistan mina xəritələrini Azərbaycana verməlidir. Bu barədə Report Beynəlxalq Kəşmir Qrupunun (Pakistan) icraçı direktoru Məhəmməd Zamanlıya istinadan yazıb. 
 
"Hər il müxtəlif ölkələrdə mina terroru nəticəsində 5 mindən çox insan ölür, 15-20 min nəfər isə ağır yaralanır. Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində Ermənistanın işğalı dövründə kütləvi şəkildə minalanıb. Münaqişə başa çatdığına və azərbaycanlı mülki əhali bu ərazilərə qayıtmağa başladığına görə Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırırıq. Bu, insanların həyatını xilas edəcək və bizi minasız dünya yaratmağa daha da yaxınlaşdıracaq”, - o vurğulayıb.
 
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısında millət vəkili Vüqar Bayramov təklif edib ki, Qarabağda minaların təmizlənməsində kosmos texnologiyaların istifadə olunsun.
 
Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan  bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib. 

İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM