Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

17:30 | 21.01.2023
Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti 2023- cü ilin fevralın 28- dək uzadılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

O bildirib ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 38 gün uzadılıb.
 
Rüfət Səfərov qeyd edir ki, Ombudsman Səbinə Əliyevaya Hacıyevə baş çəkməsi üçün  müraciət və zənglər olunsa da, müraciətlər nəticəsiz qalıb.
 
Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəbonun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.

 Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM