Bu gün Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun rəhbərliyi ilə ictimai
fəal Bəxtiyar Hacıyevin işi ilə bağlı məhkəmənin növbəti iclası keçirilib.
Hacıyevin
vəkili Elçin Sadıqov Anews.az-a bildirib ki, müdafiə tərəfin vəsatətləri təmin
edilməyib.
"Bu
günki məhkəmə prosesində dövlət ittihamçısı ittihamı səsləndirdi və Bəxtiyar Hacıyev
bildirdi ki, ittihamın mahiyyətini başa düşmür. İttihamın mahiyyəti ona izah
olunmalıdır. Amma ittihamın mahiyyəti ona izah olunmadı. Sadəcə olaraq həmin
maddələrdə göstərilmiş məsuliyyətlər izah olundu. Daha sonra məhkəmə istintaqının
necə aparılması ilə bağlı fikirlər səsləndirildi. Dövlət ittihamçısı təklif elədi
ki, zərərçəkimiş şəxs birinci dindirilsin sonra Bəxtiyar Hacıyev. Biz bildirdik
ki, Bəxtiyar Hacıyev ifadə verməyə hazırdır və yazılı ifadəsini elektron məhkəmə
sisteminə yerləşdirib. Təəssüf ki, məhkəmə prokror dediyi kimi elədi. Birinci zərərçəkmiş
şəxsin dindirilməsinə qərar verdi və məhkəməni 16 fevrala təxirə saldı”, - Sadıqov bildirib.
Bəxtiyar
Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) , 289.1 (məhkəməyə hörmətsizlik
etmə), 192 (qanunsuz sahibkarlıq) , 193-1 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini
və ya digər əmlakı leqallaşdırma) , 320.1 (rəsmi sənəd saxtalaşdırma) , 320.2 (bilə-bilə
saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə
ittiham olunur.
Məhkəmənin növbəti iclası fevralın 16-da keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !