Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçiriləcək

15:55 | 20.01.2023
Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçiriləcək

Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçiriləcək

Yanvarın 21-də Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçiriləcək.  Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
 
"Xətai Rayon Məhkəməsində həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı vəsatətə baxılacaq. Müstəntiq həbs müddətinin 28 fevral 2023-cü ilədək uzadılması ilə bağlı vəsatət təqdim edib”, - hüquq müdafiəçisi bildirib.
 
Rüfət Səfərov qeyd edir ki, ombudsman Səbinə Əliyevaya Hacıyevə baş çəkməsi üçün  müraciət və zənglər olunsa da, müraciətlər nəticəsiz qalıb.
 
Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəbonun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
 
Yanvarın 18-də Hacıyevin mədə qanaxması da olub. 
 
Lida Abbaslı

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM