Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev beynəlxalq aeroportunda Tomas Baxı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !